İtaliya mundiala qayıdır?

İtaliya millisi DÇ-2022-də Tunis yığmasını əvəz edə bilər.

Sportline.az xəbər verir ki,  bu barədə "Le Parisien" məlumat yayıb. Bundan əvvəl FİFA-nın hökumətin ölkənin futbol işlərinə qarışması səbəbindən Tunisi dünya çempionatından kənarlaşdıra biləcəyi barədə məlumat yayılıb. Bu, Tunisin gənclər və idman naziri Kamel Deqişanın Tunis Futbol Federasiyasını ləğv edə biləcəyinə eyham vuran sözlərindən sonra baş verib.

Tunis millisinin fəaliyyəti dayandırılarsa, 2022-ci il dünya çempionatındakı yerini FİFA milli komandaları reytinqində ən yüksək yeri tutan komanda kimi İtaliya millisi tuta bilər.

DÇ-2022-də Tunis yığması Danimarka, Avstraliya və Fransa ilə eyni qrupda oynayacaq. Qətərdə dünya çempionatı noyabrın 20-dən dekabrın 18-dək keçiriləcək.