İtaliyalı baş məşqçinin evi qarət olunub
İtaliyalı baş məşqçi Françesko Fariolinin evi Fransa Kuboku matçı zamanı qarət olunub.
Sportline.az Sporx.com-a istinadla xəbər verir ki,"Nitsa" klubunun təcrübəli çalışdırıcısı bu barədə Fransa polisinə məlumat verib.
Françesko Farioli açıqlamasında :"Ailəm evdə olduğu zaman 2 nəfər evi qarət etməyə çalışıb. Ciddi zərər dəyməsə də yenidən belə bir hadisə baş verə bilər",-deyib.
Qeyd edək ki, Fransa polisi Françesko Fariolinin axşam saat 9 radələrində şikayət etdiyini və oğruların axtarışa verildiyi bildirilib.