İtaliyalı futbolçu derbi öncəsi maraqlı paylaşım edib

İtaliyalı ulduz futbolçu Nikolo Zaniolo "Fənərbağça" - "Qalatasaray" derbisindən öncə maraqlı paylaşımla diqqət mərkəzinə düşüb.

Sportline.az Sporx.com-a istinadla xəbər verir ki, 24 yaşlı yarımmüdafiəçi instaqram profilində, uğurlar "Qalatasaray"  yazaraq 3-0 hesabı ilə "Fənərbağça"nı məğlub etdirkləri şəkili paylaşıb. 

Nikolo Zaniolo açıqlamasında : "Hər iki komanda Türkiyə nəhəngidir, amma mənim fikrimcə "Qalatasaray" qələbə qazancaq",-deyib. 

Qeyd edək ki. Nikolo Zaniolo bu mövsüm "Aston Villa" klubuna transfer olunmuşdu.