"Jirona" Dovbikin qiymətini açıqladı

"Jirona"nın uğurlarında əsas pay sahiblərindən olan Artyom Dovbik bir neçə iddialı klubun diqqət mərkəzindədir.

Sportline.az xəbər verir ki, onu heyətində görmək istəyənlər 40 milyon avrodan keçməli olacaqlar.

Bu haqda məşhur jurnalist Fabrisio Romano X sosial şəbəkəsində məlumat yayıb.

Qeyd edək ki, ukraynalı hücumçu cari mövsümün ən yaxşı futbolçusu adına namizədlərdən biridir.

O, 2023-cü ildə "Dnepr - 1"dən 7,75 milyon avroya "Jirona"ya transfer olunmuşdu.