"Jirona" niderlandlı futbolçunu rənglərinə qatıb
27 yaşlı yarımmüdafiəçi Donni Van de Bek "Mançester Yunayted'dən "Jirona"ya keçib.
Sportline.az xəbər verir ki, bu barədə İspaniya klubunun mətbuat xidməti məlumat yayıb.
Tərəflər arasında razılıq 2028-ci ilə qədər əldə olunub.
Van de Bek 2020-ci ildən Mançester klubunda çıxış edirdi. Futbolçu ötən mövsümü icarə əsasında "Ayntraxt"da keçirib və 8 oyunda meydana çıxıb . Onun İngiltərə klubu ilə müqaviləsi 2025-ci ilə qədər idi. Transfermarkt portalında transfer dəyəri 5 milyon avrodur.
Qeyd edək ki, "Jirona" klubu ötən mövsüm La Liqada 3-cü yeri tutub və Çempionlar Liqasına vəsiqə qazanıb.