Joze Mourinyo türkiyəli müdafiəçi ilə maraqlanır

"Roma" klubunun baş məşqçisi Joze Mourinyo Merih Demiralı komandasında görmək istədiyini deyib. 

Sportline.az Sporx.com-a istinadla xəbər verir ki, təcrübəli mütəxəssis komandasının müdaiə xəttindən narazı olduğu üçün heyəti gücləndirmək qərarına gəlib. 

Hazırda "Əl-Əhli" klubunda çıxış edən Merih Demiral yenidən İtaliya A seryasına böyü məmnuniyyətlə qayıda biləcəyini deyib. 

Qedy edək ki, Merih Demiralın "Əl-Əhli" klubu ilə müqavilə müddəti 2026-cı ildə başa çatacaq.