Joze Mourinyo "Yunion SG" üzərində qazanılan qələbəni dəyərləndirib
"Fənərbağça"nın baş məşqçisi Joze Mourinyo komandasının Avropa Liqasının 1-ci turunda "Yunion"la oyunda qazandıqları qələbəni (2:1) şərh edib.
Sportline.az Championat.com-a istinadla xəbər verir ki, təcrübəli mütəxəssis "Oyunun qırılma anı rəqibin təziqi altında olarkən vurduğumuz ilk qol oldu. İkinci yarıda daha yaxşı oynadıq və topa nəzarət etdik" deyib.
"Fənəbağça" növbəti turda "Tvente" ilə, "Yunion" isə "Budo-Qlimt" ilə üz üzə gələcək. Hər 2 oyun oktyabrın 3-də keçiriləcək.
Qeyd edək ki, Avropa Liqasının son qalibi "Atalanta" klubudur.