Jozef De Souza keçmiş kulubuna qayıda bilər

"Beşiktaş"ın keçmiş futbolçusu Jozef De Souza komandaya qayıda bilər 

Sportline.az Sporx.com-a istinadla xəbər verir ki, braziliyalı yarımmüdafiəçi instaqram hesabında "Geri gəlirəm!",-deyə post paylaşıb. 

"Beşiktaş" kulubu isə futbolçunun keçidi ilə bağlı açıqlama verməyib.

Qeyd edək ki, 34 yaşlı təcrübəli yarımmüdafiəçi bu mövsüm kulubdan ayrılmışdı.