Kallum Vilson “Brentford”un tibbi müayinəsindən keçir

İngiltərə millisinin sabiq hücumçusu Kallum Vilson karyerasını “Brentford” da davam etdirməyə çox yaxındır.

Sportline.az “Sky Sport” nəşrinə istinadən xəbər verir ki, təcrübəli forvard hazırda London təmsilçisində transfer öncəsi tibbi müayinədən keçir. Tibbi baxışın uğurla yekunlaşacağı təqdirdə, tərəflər arasında rəsmi müqavilənin imzalanacağı gözlənilir. 

Qeyd edək ki Vilson 2025 ci ilin yayında “Vesthem” ə keçib və onun müqaviləsi bu yay başa çatıb. Futbolçu “Brentford”a azad agent kimi qoşulacaq.

Banner