Kalvin Filips evinə qayıdır
"İpsviç"də icarə əsasında çıxış edən ingiltərəli futbolçu Kalvin Filips karyerasını "Lits Yunayted"də davam etdirə bilər.
Sportline.az "Football İnsider" nəşrinə istinadən xəbər verir ki, "Lits Yunayted" K.Filipsi transfer etmək niyyətindədir.
29 yaşlı futbolçu müqavilə əsasında "Mançester Siti" klubuna məxsusdur.
Qeyd edək ki, Kalvin Filips bu mövsüm çıxış etdiyi 21 matçda 1 qolla yadda qalıb.