Karlo Ançelotti Arda Gülər haqqında danışıb
Təcrübəli çalışdırıcı Karlo Ançelotti türkiyəli gənc ulduz Arda Gülər haqqında açıqlama verib.
Sportline.az İdman jurnalisti Fabritsyo Romanonun paylaşımına istinadla xəbər verir ki, 18 yaşlı yarımmüdafiəçinin uzun müddətdir zəfə üzündən yaşıl meydanlardan uzaq qalması barədə danışan təcrübəli mütəxəssis:"Hər kəs Arda Gülərin oynayıb oynamayacağı barədə sual verir. Əlbətdə bizim də meydanlarda görmək istədiyimiz futbolçudur. Amma zaman lazımdır. Zədəsini tam sağaltmayıb. Ən qısa zamanda ilk oyununa çıxacaq",-deyib.
Qeyd edək ki, Karlo Ançelotti Kilian Mbappenin transferi barədə sualları isə cavabsız qoyub.