Karlo Ançelotti baş məşqçi vəzifəsindən ayrılsa da "Real Madrid"də qalacaq

"Real Madrid"in təcrübəli mütəxəssisi Karlo Ançelotti 2026-cı ilədək yeni müqavilə imzalasa da baş məşqçi vəzifəsini icra etməyə bilər.

 Sportline.az Goal.com-a istinadla xəbər verir ki, italiyalı çalışdırıcı vəzifəsini icra etmək istəməzsə klubda başqa bir vəzifəyə təyin olunacaq.

"Real Madrid" rəhbərliyi Karlo Ançelottinin daima klubun bir parçası olmasını istədiklərini bildirib.

Qeyd edək ki, Florentino Perez Karlo Ançelottidən onun köməkçisi olmasını istədiyini bildirib.