Karlo Ançelotti "Real Madrid"lə bağlı yekun qərarını verib

"Real Madrid"in baş məşqçisi Karlo Ançelotti komanda ilə müqavilə müddətini uzadıb. 

Sportline.az Goal.com-a istinadla xəbər verir ki, "kral" klubunun rəsmi saytında təcrübəli mütəxəssis 2025-ci ilədək komandanı çalışdıracaq. 

Karlo Ançelotti Braziliya millisini çalışdıracağı ilə bağlı çıxan xəbərlərlə bağlı açıqlamasında :"Bəli təklif var idi. Razılaşmışdıq,amma "Real Madrid" mənim evimdir. Burada qalmağımı istəyirlərsə niyə də gedim?",-deyib. 

Qeyd edək ki, italiyalı baş məşqçi Karlo Ançelotti 2021-ci ildən "Real Madrid"i çalışdırır.