Karlo Ançelotti Orelyen Çuameni haqqında danışıb

"Real Madrid"in baş məşqçisi Karlo Ançelotti Orelyen Çuameni haqqında fikrini bildirib.

Sportline.az Goal.com-a istinadla xəbər verir ki, təcrübəli mütəxəssis açıqlamasında :"Orelyen Çuameni mənim fikrimcə dünyanın ən yaxşı mərkəz müdafiəçilərindən biri ola bilər. Ona güvənməmək üçün heç bir əsas yoxdur",-deyib.

Qeyd edək ki, Karlo Ançelotti David Alabanın yoxluğunda Orelyen Çuamenini mərkəz müdafiəçisi kimi istifadə etmək istədiyini bildirib.