Karvaxal üçün yeni müqavilə

"Real" Daniel Karvaxalla yola davam etmək niyyətindədir.

Sportline.az xəbər verir ki, madridlilər 32 yaşlı müdafiəçinin 2025-ci ildə başa çatacaq müqaviləsini uzatmağı planlaşdırırlar.

Bu haqda nüfuzlu AS nəşri məlumat yayıb.

Mənbənin bildirdiyinə görə, Kral klubu təcrübəli futbolçu ilə daha bir il əməkdaşlığı məqbul sayır.

Qeyd edək ki, son mövsümdə 42 oyuna çıxn Karvaxal 7 qol, 5 asistlə yadda qalıb.

Onun transfer dəyəri 12 milyon avrodur.