Kaysedo "Çelsi"dən ayrılır?

"Çelsi" ekvadorlu futbolçusu Moyzes Kaysedo ilə bağlı qərar verib.

Sportline.az "Telegraph" nəşrinə istinadən xəbər verir ki, London klubu Kaysedonu satmayacaq.

"Çelsi"nin rəhbərliyi 23 yaşlı futbolçunun çıxışından razıdır.

Qeyd edək ki, Kaysedo bu mövsüm bütün turnirlər daxil olmaqla çıxış etdiyi 41 matçda 1 qol 5 asistlə yadda qalıb.