Keçmiş "Qarabağ"lı klubunu dəyişdi
Türkiyə Super Liqasına vəsiqə qazanan "Ərzurumspor"dan ayrılan İbrahim Şehiçin yeni klubu müəyyənləşib.
Sportline.az xəbər verir ki, bosniyalı qapıçı "Konyaspor"a transfer olub. Super Liqa təmsilçisi 31 yaşlı qapıçı ilə 3+1 illik müqavilə imzalayıb. İbrahim yeni klubunda 13 nömrəli formada çıxış edəcək.
Şehiç ötən mövsüm keçirdiyi 34 oyunda 26 top buraxıb, 16 görüşdə isə qapısını toxunulmaz saxlayıb.
Qapıçı 2013-2018-ci illərdə "Qarabağ"da çıxış edib. O, Ağdam klubundan ayrıldıqdan sonra "Ərzurumspor"a keçmişdi.