“Kəpəz”in “Araz-Naxçıvan”la oyunu ləğv edilib

“Kəpəz”in “Araz-Naxçıvan”la yoxlama oyunu ləğv edilib.

 

Sportline.az Gəncə klubunun mətbuat xidmətinə istinadən xəbər verir ki, buna səbəb tərəflərin matçın məkanı ilə bağlı razılığa gələ bilməmələri olub.

 

Əvəzində baş məşqçi Adil Şükürov kollektivini I Liqa təmsilçisi “İmişli” ilə qarşılaşmada sınaqdan keçirəcək. Həmin matç yanvarın 15-də Gəncədə baş tutacaq.

 

Qeyd edək ki, “Kəpəz” Premyer Liqada ilk yarıdan sonra 14 xalla 9-cu pillədə qərarlaşıb.