Kərəm Aktürkoğlu əməliyyat olunub

"Qalatasaray"ın ulduz futbolçusu Kərəm Aktürkoğlu nəfəs almaqda problem yaşadığı üçün əməliyyat olunub. 

Sportline.az Sporx.com-a istinadla xəbər verir ki, Türkiyə millisinin və "Qalatasaray"ın hücumçusu nəfəs almaqda problem yaşadığı üçün təcili olaraq burun əməliyaytı keçirməyə məcbur qalıb. 

"Sarı-qırmızılar"ın rəhbərliyi hücumçunun sağlamlığında problem olmadığını və futbol oyanaya biləcəyini açıqlayıb.

Qeyd edək ki, ötən gecə "Qalatasaray"və"Fənərbağça" arasında keçirilməsi gözlənilən Türkiyə Super Kuboku təxirə salınıb.