Kərim Benzema qərar verdi

Kərim Benzema karyerasını Madrid "Real"ında davam etdirəcək

Sportline.az "Lequipe" qəzətinə istinadən xəbər verir ki, fransalı hücumçu Kral klubu ilə yeni müqavilə imzalayacaq.

Anlaşmanın müddəti 2024 ci ilə qədər nəzərdə tutulur.

Qeyd edək ki, Benzema bu sezon bütün turnirlərdə oynadığı 25 matçda 18 qol 4 assist ilə yadda qalıb.