Kevin De Bröyne yaşıl meydanlara qayıdır

Belçikalı ulduz futbolçu zədəsinin sağaldığını və ən qısa zamanda yenidən yaşıl meydanalara dönəcəyini bildirib.

Sportline.az Goal.com-a istinadla xəbər verir ki, 32 yaşlı yarımmüdafiəçi əməliyyat olunduğu üçün uzun müddət yaşıl meydanlardan kənarda qalsa da "Şeffild Yunayted"lə matçda komandasına kömək edəcəyini açıqlayıb. 

"Mançester Siti" azarkeşləri Kevin De Bröynenin paylaşımına :"Nəhayət ki, sənin də görəcəyik. Çox darıxmışdıq Kevin",-yazıblar.

Qeyd edək ki, Kevin De Bröyne "Brunli" matçında zədələndiyi üçün əməliyyat olunmuşdu.