Kilyan Mbappe Kriştianu Ronaldu haqqında danışıb

"Real Madrid"in fransalı hücumçusu Kilian Mbappe "Los Blancos"un sabiq hücumçusu Kriştianu Ronaldu haqda danışıb.

Sportline.az Kral klubunun rəsmi hesabına istinadla xəbər verir ki, ulduz futbolçu təqdimat mərasimində bu fikiləri səsləndirib.

Mənim tərənnüm (1,2,3 -Hala Madrid) uşaqlıq kumirim olan Kriştiano Ronaldoya hörmətdir. İndi o, mənə məsləhət verən bir dostdur. Bu bir imtiyazdır. Onunla tez-tez əlaqə saxlayırıq" deyə 25 yaşlı futbolçu bildirib.

Bu gün, iyulun 16-da "Santiago Bernabeu" stadionunda Kilian Mbappenin rəsmi təqdimat mərasimi keçirilib. Xatırladaq ki, iyunun 3-də Mbappe rəsmən “Real Madrid”in futbolçusu olub.

Qeyd edək ki, ulduz futbolçu ötən mövsümü PSJ-nni heyətində 48 oyunda 44 qol və 10 məhsuldar ötürmə ilə tamamlamışdı.