Kolo Muani İngiltərə klubuna transfer olmaq istəmir
Ötən mövsümü "Yuventus"da icarə əsasında keçirən fransalı futbolçusu Randal Kolo Muani "Çelsi"dən gələn təklifi rədd edib.
Sportline.az jurnalist Ben Yakopsun məlumatına istinadən xəbər verir ki, 26 yaşlı forvard London klubuna transfer olmaq istəmir.
Oyunçu "Yuventus"da qalmağa üstünlük verir. Kolo Muani müqavilə əsasında Fransanın "Paris Sen-Jermen" klubuna məxsusdur.
Qeyd edək ki, PSJ bu keçid üçün Turin klubundan 45 milyon avro tələb edir.