Komandamız Rusiyada 9 medal qazanıb
Azərbaycan üzgüçüləri Rusiyanın Kazan şəhərində universitetlər arasında keçirilən “Rektor Kuboku” turnirində 9 medal qazanıblar.
Sportline.az xəbər verir ki, bu barədə Azərbaycan Üzgüçülük Federasiyası məlumat yayıb.
Təmsilçilərimizin qazancı 2 qızıl, 4 gümüş və 3 bürünc medal olub.
Əbdürrəhman Rüstəmov 200 m ve 50 m batterflyay üsulunda qızıl, 100 m batterflyay, 200 m qarışıq və 200 m sərbəst üsulda gümüş medala sahib çıxıb.
Rəşad Alquliyev 200 m qarışıq üsulda bürünc medalla kifayətlənib. Qadınların yarışında Fatimə Alkərəmova 200 m sərbəst üsulda ikinci, 100 m sərbəst və 200 m qarışıq üsulda üçüncü yeri tutub.
Həftəsonu 50 metrlik “Burevestnik” üzgüçülük hovuzunda Rusiyanın 32 regionundan 1084 idmançı və Azərbaycandan olan komanda, o cümlədən 15 universitet təmsilçiləri mükafatlar uğrunda mübarizə aparıblar.