Konate "Liverpul"un təklifini qəbul etməyib
"Liverpul" fransalı müdafiəçisi İbrahima Konateyə yeni müqavilə təklif edib.
Sportline.az "Guardian" nəşrinə istinadən xəbər verir ki, 26 yaşlı futbolçu bu təklifi qəbul etməyib.
Konatenin Mersisayd klubu ilə müqaviləsi 2026-cı ilin iyun ayına qədər nəzərdə tutulub.
Qeyd edək ki, təcrübəli futbolçu 2021-ci ildən "Liverpul"da çıxış edir.