Konor Makqreqor Çendleri təhqir edib

UFC-nin sabiq çempionu Konor Makqreqor Maykl Çendleri təhqir edib.

Sportline.az xəbər verir ki, irlandiyalı idmançı Maykl Çendlerlə Çarlz Oliveyranın döyüşünün anonsuna özünəməxsus şəkildə rəy bildirib.

"Çendler anladı ki, onu döyəcəklər. Balaca gombul qızcığaz. Bu gün dopinq testdən keçdim. Mənə lənətə gəlmiş tarivi deyin!", - deyə Konor X sosial şəbəkəsində döyüş mesajını verib.

Xatırladaq ki, Makqreqorla Çendler iyunun 30-da qarşılaşmalı idilər.

Amma, Konorun ayaq barmağının sınması bu döyüşü təxirə salmışdı.