Konor Makqreqor Lamin Yamalın AVRO 2024-dəki çıxışına münasibət bildirib
İki çəki dərəcəsində keçmiş UFC çempionu, irlandiyalı Konor Makqreqor İspaniya millisinin cinah oyunçusu Lamin Yamal haqda danışıb.
Sportline.az xəbər verir ki, Makqreqor Mundo Deportivoya verdiyi müsahibədə gənc ulduz haqqında bu ifadələri səsləndirib.
"Gənc oğlan, 16 yaşlı yeniyetmə, məncə, o, Allahın əlindədir".
Qeyd edək ki, Lamin Yamal 2024 Avropa Çempionatının ən yaxşı gənc oyunçusu seçilib.
Çempionat davam edərkən iyulun 13-də Yamalın 17 yaşı tamam olub. Lamin AVRO 2024-də 7 oyunda iştirak edib.O, bu görüşlərdə 1 qol vurub, 4 məhsuldar ötürmə edib.
Qeyd edək ki, AVRO 2024-ün finalında İspaniya millisi İngiltərəni 2-1 hesabı ilə məğlub edərək çempion olub.Lamin həmin matçda millisinin ilk qolunun asistenti olub.