"Konyaspor" "Fənərbağça"nın futbolçusunu istəyir
"Konyaspor" klubu "Fənərbağça"nın futbolçusu Umut Nayirin transferində maraqlıdır.
Sportline.az Sporx.com-a istinadla xəbər verir ki, 30 yaşlı mərkəz hücumçusu əsas heyətdə yer ala biləcəyi komandada çıxış etmək üstədiyi üçün "sarı-lacivərtlər"dən ayırlmaq qərarına gəlib.
"Konyaspor" klubu futbolçu ilə şəxsi razılıq əldə etdiyini və transfer məsələləri üçün "Fənərbağça"yla görüşmələrə başladığını bildirib.
Qeyd edək ki, Umut Nayir bu mövsüm "Fənərbağça" formasıyla cəmi 12 oyunda meyda çıxıb.