"Kristal Pelas" Gehinin transfer qiymətini açıqlayıb
"Kristal Pelas" ingiltərəli futbolçusu Mark Gehinin transfer qiymətini açıqlayıb.
Sportline.az "TBR Football"a istinadən xəbər verir ki, "Kristal Pelas"ın rəhbərliyi Gehi üçün 40 milyon avro tələb edir.
"Çelsi", "Liverpul" və "Nyukasl Yunayted" 24 yaşlı stoperlə yaxından maraqlanır.
Qeyd edək ki, Gehinin "Kristal Pelas"la müqaviləsi 2026-cı ilin yayına qədərdir.
O, bu mövsüm çıxış etdiyi 41 matçda 3 qol 2 asistlə yadda qalıb.