"Kristal Pelas"da ayrılıq gözlənilir

"Kristal Pelas"ın ingiltərəli futbolçusu Adam Varton mövsümün sonunda komandasını dəyişə bilər.

Sportline.az "Team Talk" nəşrinə istinadən xəbər verir ki, "Bavariya", "Yuventus" və "Mançester Yunayted" Adam Vartonun xidmətində maraqlıdır.

21 yaşlı futbolçunun transfer qiyməti 35 milyon avro olaraq təyin olunub. O, cari mövsüm çıxış etdiyi 24 matçda 2 asistlə yadda qalıb.

Qeyd edək ki, Vartonun "Kristal Pelas"la müqaviləsi 2029-cu ilin iyun ayına qədər nəzərdə tutulub.