Kroos futbolu bitirdikdən sonra Madriddə qalacaq

Almaniya millisinin futbolçusu Toni Kroos karyerasını başa vurduqdan sonra Kral klubunda çalışmağa davam edəcək.

Sportline.az AS-a istinadən xəbər verir ki, 34 yaşlı yarımmüdafiəçi "Real"ın akademiyasında çalışmağı düşündüyünü bildirib: "Real"ın akademiyasında çalışacağam. Həmçinin sentyabr ayında İkon Liqası başlayır. Amma o da aydındır ki, indi aktiv oyunçu olduğum vaxtlarda olduğu kimi 18 layihədə iştirak etmək fikrində deyiləm”.

Kroos ölkəsində təşkil olunacaq Avropa çempionatından sonra futbolla vidalaşacağını söyləyib.

Qeyd edək ki, Kroos 2014-cü ildən Madrid təmsilçisində oynayır.