Kross "Real"la bu oyunda vidalaşacaq
Karyerasını bitirməyi planlaşdıran Toni Krossun "Real"dakı son matçı müəyyənləşib.
Sportline.az xəbər verir ki, almaniyalı futbolçu Çempionlar Liqasının finalında "Borussiya" ilə görüşdə madridlilərlə vidalaşacaq.
34 yaşlı yarımmüdafiəçi Avropa çempionatından sonra isə karyerasını tam başa vuracaq.
Qeyd edək ki, 2014-cü ildən Kral klubunun formasını geyinən Toni Kross meydana çıxdığı 463 oyunda 28 qol və 98 asist müəllifi olub.