Kunya "Mançester Yunayted"ə transfer olmaq istəyir
"Vulverhempton"un brazilyalı futbolçusu Mateus Kunya mövsümün sonunda klubdan ayrılacaq.
Sportline.az "Sky Sports"a istinadən xəbər verir ki, Kunya "Mançester Yunayted"ə transfer olmaq niyyətindədir.
Mançester klubunun rəhbərliyi bu keçid üçün "Vulverhempton"la danışıqlara başlayıb.
Qeyd edək ki, Kunya cari mövsüm çıxış etdiyi 31 matçda 16 qol 4 asist müəllifi olub.
Onun "Vulverhempton"la müqaviləsi 2029-cu ilin iyun ayına qədər nəzərdə tutulub.