Kurban Berdıyev Azərbaycan millisini çalışdıra bilər
Azərbaycan milli komandasının baş məşqçisi postuna namizədlərdən biri də Kurban Berdıyevdir.
Sportline.az xəbər verir ki, sözügedən vəzifə ətrafında Mahaçqala "Dinamo"sunun çalışdırıcısının da adı hallanır.
"Dinamo"nun prezidenti Hacı Hacıyev bununla bağlı sualı cavablandırıb.
"Azərbaycan millisi haqqında nəsə deyə bilmərəm. Mən bunu nə Berdyevlə, nə də başqası ilə müzakirə etmək niyyətində deyiləm. Bizimlə müqaviləsi olsa da, o, müstəqil şəxsdir. Istədiyi zaman Azərbaycana da gedə bilər, İrana da, başqa ölkəyə də. Biz onu zəncirləməmişik", - deyə Hacıyev "RB Sport"a mövzu ilə bağlı fikrini açıqlayıb.
Qeyd edək ki, Berdyev 2023-cü ildən "Dinamo"nun sükanı arxasındadır.
20 turdan sonra komanda 37 xalla I Liqanın lideridir.