La Liqa: Komandalar məşq edə bilərlər

La Liqa rəhbərliyi klubların məşqlərə başlaya biləcəyini açıqlayıb.

Sportline.az İspaniya mətbuatına istinadən xəbər verir ki, La Liqa və Sequnda təmsilçiləri bu həftə hazırlıqları bərpa edə biləcək. Futbolçuların fərdi qaydada məşq etməsinə icazə verildiyi vurğulanıb.

Qeyd edək ki, La Liqada mövsümün iyunda bərpası planlaşdırılır.