La Liqada 3 futbolçuda koronavirus aşkarlandı

İspaniya La Liqasında və Sequndasında komandaların futbolçuları, məşqçiləri və əməkdaşlarından götürülən koronavirus testlərinin nəticələri açıqlanıb.

Sportline.az "RAC1"ə istinadən xəbər verir ki, analizlərdən sonra ümumilikdə 5 oyunçuda infeksiya aşkarlanıb.

Futbolçuların adları açıqlanmasa da, onların üçünün La Liqa, digər ikisinin isə II liqada çıxış etdikləri bildirilib.

Virusa yoluxan oyunçuların 14 günlük karantinə alındıqları qeyd olunub.