La Liqada bu gün
İspaniya La Liqasında 2-ci tura bu gün start veriləcək.
Sportline.az xəbər verir ki, bu günə 2 oyun nəzərdə tutulub.
İlk olaraq meydana "Selta Viqo" və "Valensiya" komandaları çıxacaqlar. "Balaidos" Stadionunda keçiriləcək görüş saat 21:00-da başlayacaq.
Digər oyunda "Sevilya" və "Vilyarreal" klubları münasibətləri aydınlaşdıracaqlar. "Ramon Sançes Pizxuan" Stadionunda baş tutacaq görüşün start fiti 23:30-da səslənəck.
Qeyd edək ki, ilk turdan sonra yarış cədvəlinin ilk 4 pilləsində hərəyə 3 xal toplayan "Selta", "Rayo Vallekano", "Barselona" və "Valyadolid" qərarlaşır.