La Liqanı tərk edən sonuncu komanda məlum olub

La Liqanın 37-ci həftəsində elitanı tərk edəcək 3-cü və sonuncu komandanın adına aydınlıq gəlib.

Sportline.az xəbər verir ki, doğma meydanda "Las Palmas" ilə 0-0 hesablı bərabərliyə razılaşan "Kadiz" sona 1 tur qalmış elita ilə vidalaşıb.

"Kadiz" 33 xalla ən yaxın rəqibi "Malyorka"nın 4 xal gerisinə düşüb.

Qeyd edək ki, "Almeriya" və "Qranada"nın İspaniya La Liqasını tərk edəcəyi daha əvvəlcədən dəqiqləşmişdi.