La Liqanın bərpa tarixi açıqlandı

Koronavirusla əlaqədar dayandırılan İspaniya La Liqasının bərpa tarixi məlum olub.

Sportline.az  xəbər verir ki, La Liqanın 28 və 29-cu turunun oyunlarının cədvəlinə əsasən ilk oyun 11 iyunda “Sevilya” və “Betis” komandaları arasında olacaq.

14 iyunda “Real Madrid” klubu öz meydanında “Eybar”ı qəbul edəcək. Eyni gündə “Atletiko” (Madrid) “Atletik”lə (Bilbao) yaşıl meydanda görüşəcək.

“Barselona” isə 13 iyunda “Malyorka” ilə qarşılaşacaq.

Hazırda İspaniya çempionatına 58 xalla “Barselona” başçılıq edir. Aktivində 56 xal olan “Real Madrid” ikincidir. “Sevilya” isə 47 xalla üçüncü yerdə qərarlaşıb.