Lionel Messinin daha bir uğuru
"Barselona"nın kapitanı Lionel Messi La Liqada tarixi göstəriciyə imza atıb.
Sportline.az xəbər verir ki, o, İspaniya çempionatında 7 dəfə bombardir adını qazanan ilk futbolçu olub. Argentinalı forvard daha əvvəl - 2010, 2012, 2013, 2017, 2018 və 2019-cu illərdə də ən çox qol vuran oyunçu adını qazanmışdı.
Messi, bu mövsüm 33 oyunda 25 qol vurub və bombardir üçün nəzərdə tutulan “Piçiçi” mükafatına layiq görülüb.
Qeyd edək ki, indiyədək La Liqa tarixində ən çox bombardir olan futbolçu ünvanı hərəyə altı dəfə olmaqla Messi ilə Telmo Zarraya məxsus idi.