"Leyptsiq" türkiyəli futbolçu ilə razılaşıb
"Leyptsiq" kulubu əslən türkiyəli olan Elif Elması heyətinə qatmağa hazırlaşır.
Sportline.az Sporx.com-a istinadla xəbər verir ki, "Napoli" kulubunun 24 yaşlı yarımmüdafiəçisi qış transfer pəncərəsində Almaniya kulubuna transfer olunacaq. "Leyptsiq" türkiyəli futbolçu üçün 25 milyon avro ödəməli olacaq.
Elif Elmas 2020-ci ildə "Fənərbağça"dan "Napoli"yə 10 milyon avro qarşılığında transfer olunmuşdu.
Qeyd edək ki, Elif Elmas bu mövsüm "Napoli" forması ilə çıxdığı 16 oyunda 2 qolla yadda qalıb.