"Lester Siti"də bir dövr başa çatır
"Lester Siti"nin ingiltərəli futbolçusu Ceymi Vardi mövsümün sonunda klubdan ayrılacaq.
Sportline.az xəbər verir ki, bu haqda klubun rəsmi saytı məlumat yayıb.
Vardi "Lester Siti" ilə İngiltərə Premyer Liqasını, 2 dəfə Çempionşipi və İngiltərə Süper Kubokunun qalibi olub.
Qeyd edək ki, 38 yaşlı forvard 2012-ci ildən "Lester Siti"də çıxış edir.