Liam Delap "Mançester Yunayted"in hədəfindədir

"İpsviç"in ingiltərəli futbolçusu Liam Delap "Mançester Yunayted"in transfer hədəfinə çevrilib.

Sportline.az "Mail Sport"a istinadən xəbər verir ki, "Mançester Yunayted" L.Delap üçün mövsümün sonunda "İpsviç"ə rəsmi təklif göndərəcək.

22 yaşlı futbolçunun transfer qiyməti 40 milyon avro olaraq təyin olunub.

Qeyd edək ki, Liam Delap cari mövsüm çıxış etdiyi 37 matçda 12 qol vurub, 2 məhsuldar ötürmə verib.