Lionel Messi və Kriştianu Ronaldu haqqında çəkilmiş sənədli filmin təqdimatı olunub

Lionel Messi və Kriştianu Ronaldunun "Netflix" tərəfindən çəkilmiş filminin yayımlanacağı tarix bəlli olub. 

Sportline.az Goal.com-a istinadla xəbər verir ki, 2022-ci il Dünya Çempionatından sonra ərsəyə gətirilən filmdə portuaqliyalı və argentinalı ulduzla yanaşı digər ulduz futbolçulara da yer verilib. 

Maraqlısı isə odur ki, Lionel Messi filmin baş rol qəhramanı olaraq təqdim olunub. Kriştianu Ronaldu isə sadəcə 2022-ci il Dünya Çempionatını dəyərləndirib. 

Qeyd edək ki. "Netflix"də yayılmanan filmin adı "Capitans of the World"dur.  Film Dekabr ayının 30-da yyayımlanacaq.