"Lion"u "Beşiktaş"a dəyişə bilər

"Lion"un fransalı futbolçusu Korentin Tolliso karyerasını "Beşiktaş"da davam etdirmə ehtimalı var.

Sportline.az xəbər verir ki, bu haqda "Sözcü" qəzeti məlumat yayıb.

30 yaşlı yarımmüdafiəçinin Fransa klubu ilə müqaviləsi 2027-ci ilin iyun ayına qədər nəzərdə tutulub.

Qeyd edək ki, Tolliso 2022-ci ildən "Lion"da çıxış edir.