"Liverpul" "Brayton"dan 40 milyon avro tələb edir
"Brayton" "Liverpul"un ingiltərəli futbolçusu Harvi Eliyotu heyətinə qatmaq niyyətindədir.
Sportline.az "Standard sport" nəşrinə istinadən xəbər verir ki, Mersisayd klubu Eliyot üçün 40 milyon avro tələb edir.
22 yaşlı futbolçu daha çox oynaya biləcəyi kluba transfer olmaq istəyir. Bu səbəbdən "Liverpul"dan ayrılmağa müsbət yanaşır.
Qeyd edək ki, Harvi Eliyot bu mövsüm bütün turnirlər daxil olmaqla çıxış etdiyi 28 matçda 5 qol 3 məhsuldar ötürmə müəllifi olub.