"Liverpul" forvardını satmağa hazırdır
"Liverpul" uruqvaylı futbolçusu Darvin Nunyesi satmaq qərarına gəlib.
Sportline.az "Liverpool Echo"ya istinadən xəbər verir ki, Mersisayd klubu Nunyes üçün ən azı 50 milyon avro tələb edir.
25 yaşlı hücumçu ötən mövsüm meydana çıxdığı 47 matçda 7 qol 7 məhsuldar ötürmə müəllifi olub.
Qeyd edək ki, Darvin Nunyesin "Liverpul"la müqaviləsi 2028-ci ilin iyun ayına qədər nəzərdə tutulub.