"Liverpul" fransalı futbolçu üçün hərəkətə keçib
"Liverpul" "Ayntraxt"ın fransalı futbolçusu Hüqo Ekitikeni transfer etmək istəyir.
Sportline.az "Mail Sport"a istinadən xəbər verir ki, Mersisayd klubu Ekitike üçün "Ayntraxt"a 50 milyon avro ödəməyə hazırdır.
22 yaşlı hücumçunun Almaniya klubu ilə müqaviləsi 2029-cu ilin iyun ayına qədər nəzərdə tutulub.
Qeyd edək ki, Ekitike bu mövsüm çıxış etdiyi 45 matçda 22 qol 10 asistlə yadda qalıb.