"Liverpul" ingiltərəli futbolçunun transfer qiymətini açıqlayıb
"Liverpul" ingiltərəli futbolçusu Harvi Eliyotu satmaq niyyətindədir.
Sportline.az jurnalist Aleks Krookun məlumatına istinadən xəbər verir ki, Mersisayd klubu Eliyot üçün 40 milyon avro tələb edir.
22 yaşlı futbolçunun klubla müqaviləsi 2027-ci ilin iyun ayına qədərdir.
Qeyd edək ki, "Vulverhempton" Eliyotla yaxından maraqlanır.