"Liverpul" portuqaliyalı futbolçu ilə yollarını ayıracaq
"Liverpul" portuqaliyalı futbolçusu Dioqo Jotanı satmaq qərarına gəlib.
Sportline.az "Caught Offside" nəşrinə istinadən xəbər verir ki, Mersisayd klubu Jota üçün 50-55 milyon avro tələb edir.
"Vulverhempton", "Nyukasl Yunayted", "Aston Villa", "Əl-İttihad", "Əl-Nəssr" və "Əl-Hilal" 28 yaşlı futbolçunu transfer etmək istəyən klubların siyahısında yer alır.
Qeyd edək ki, Jota bu mövsüm bütün turnirlər daxil olmaqla çıxış etdiyi 34 matçda 9 qol 4 asistlə yadda qalıb.